Bank Of Baku

İsrail Qəzza zolağında məscidi və yeraltı tunelləri bombalayıb

İsrail Qəzza zolağında məscidi və yeraltı tunelləri bombalayıb
# 08 yanvar 2009 08:17 (UTC +04:00)
Qəzza-APA. İsrail aviasiyası Qəzza zolağında məscidlərdən birinə raket zərbəsi endirib. APA-nın məlumatına görə, məscidin vurulması nəticəsində 15 nəfər yaralanıb. Yerli sakinlər Qəzza zolağının cənub hissəsinə doğru İsrail zirehli texnikasının irəlilədiyini bildirirlər. Onlarla tank Kisufim nəzarət-keçid məntəqəsini keçərək Xan Yunis şəhərinə doğru hərəkət etməyə başlayıblar. Dünən gecə aviasiya həmçinin Misirlə sərhəddə yerləşən yeraltı tunelləri bir neçə dəfə bombalayıb. Bombardmanlar bağlı xəbərdarlıqdan sonra sərhəd bölgəsində yaşayan 5 min nəfərə yaxın əhali sığınacaq kimi istifadə olunan iki məktəb binasında gizlənib. İlkin məlumata görə, bombardmanlar nəticəsində ən azı bir tunel dağıdılıb. Müxtəlif mənbələr Refah bölgəsində Qəzza zolağını Misirlə birləşdirən 300-500 yeraltı tunel olduğunu bildirir. HAMAS bu tunellər vasitəsilə Qəzza zolağına silah və partlayıcı gətirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR