Bank Of Baku

Qəzzada daha 3 İsrail hərbçisi həlak olub

Qəzzada daha 3 İsrail hərbçisi həlak olub
# 09 yanvar 2009 07:48 (UTC +04:00)
Bakı – APA. Yanvarın 8-də Fələstinin Qəzza zolağında 3 İsrail hərbçisi həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, İsrail ordusunun mətbuat xidməti “Kfir” piyada briqadasının zabitinin Qəzzanın mərkəzindəki, “Qolani” briqadasının zabiti və tank briqadasının əsgərlərindən birinin isə şimal istiqamətindəki atışmalar zamanı öldürüldüyünü açıqlayıb. Ümumən hərbi əməliyyatlar başladıqdan indiyə qədər 9 İsrail hərbçisi həlak olub. Ölən fələstinlilərin sayı isə 766-ya çatıb. Onların üçdə biri uşaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR