Bank Of Baku

Kəraçidə yoxsullar məhəlləsində baş verən yanğın 38 nəfərin ölümünə səbəb olub

Kəraçidə yoxsullar məhəlləsində baş verən yanğın 38 nəfərin ölümünə səbəb olub
# 09 yanvar 2009 08:04 (UTC +04:00)
İslamabad-APA. Kəraçinin yoxsullar məhəlləsində baş verən yanğın 38 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnib. APA-nın məlumatına görə, həlak olanlar arasında 15 uşaq və 12 qadın da var. Alov 200-dək insanın yaşadığı 30 daxmanı külə döndərib. Hadisənin elektrik xəttinin qırılaraq daxmalardan birinin üzərinə düşməsi nəticəsində baş verdiyi bildirilir. Qeyd edək ki, Kəraçi şəhərində əhalinin yarıdan çoxu yoxsullar məhəlləsində yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR