Bank Of Baku

İsrailin hərbi təcavüzünün faciəli statistikası: 785 ölü, 3200 yaralı

İsrailin hərbi təcavüzünün faciəli statistikası: 785 ölü, 3200 yaralı
# 09 yanvar 2009 08:40 (UTC +04:00)
Qəzza-APA. İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 785 nəfərə çatıb. APA-nın məlumatına görə, öldürülən mülki şəxslərin 257 nəfəri azyaşlı uşaqdır. İsrail aviasiyasının bu gecə Qəzza zolağını bombardman etməsi nəticəsində 6 nəfəri bir ailənin üzvü olmaqla 9 fələstinli öldürülüb. Şahidlər həmçinin Cəbaliyyə qaçqın düşərgəsinə endirilən raket zərbələri nəticəsində Fələstin Demokratik Qurtuluş Cəbhəsinin yerli lideri Fayez Salhanın yaralandığını bildirirlər. Ümumilikdə əməliyyat zamanı yaralananların sayı 3200 nəfəri keçib. Bombardmanlar həmçinin Fələstin televiziyasında işləyən fotomüxbirin də həyatına son qoyub. İhab Vahidi adlı jurnalistlə birlikdə anası və həyat yoldaşı da bombardmanların qurbanı olub. Bundan başqa bombardmanlarda yaralanan əslən Ukraynadan olan bir qadın və 1,5 yaşlı oğlu da dünən Qəzza xəstəxanasında dünyasını dəyişib. BMT-nin yerli strukturları əməliyyat zamanı öldürülən hər 3 nəfərdən birinin uşaq olduğunu bildirirlər. Hazırda Qəzza xəstəxanalarında 1080 yaralı uşağın olduğunu qeyd edilir. Əməliyyat zamanı həmçinin BMT-nin fələstinli qaçqınlara yardım təşkilatının (UNRWA) 4 əməkdaşı da həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR