Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qəzzada fəaliyyətini dayandırıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qəzzada fəaliyyətini dayandırıb
# 09 yanvar 2009 13:37 (UTC +04:00)
Qəzza – APA. Beynəlxalq Qırmızı Xaç Komitəsi Qəzza zolağında fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, qərar təşkilatın avtomobillərindən birinin atəşə tutulmasından sonra qəbul edilib. Komitənin mətbuat katibi Qəzzanın cənub hissəsinə tibbi ləvazimat daşıyan maşın karvanının önündə hərəkət edən avtomobilin İsrail hərbçiləri tərəfindən atəşə tutulduğunu bildirib. İnsident nəticəsində 1 nəfər yüngül yara alıb.

Qeyd edək ki, BMT-nin fələstinli qaçqınların işi üzrə təşkilatı da Qəzzada fəaliyyətini dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR