Bank Of Baku

İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyat zamanı ölənləri sayı 900 nəfəri keçib

İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyat zamanı ölənləri sayı 900 nəfəri keçib
# 12 yanvar 2009 09:30 (UTC +04:00)
Qəzza-APA. İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatı davam etdirir. APA-nın məlumatına görə, hazırda Qəzza zolağının cənub-qərbində bombardmanlar davam edir. İsrail hərbi komandanlığı ordusu həmçinin Suriya ordusunun Qolan təpələrində dislokasiya olunmuş İsrail hərbi birləşmələrinə atəş açdığını bəyan edib. İnsident itkisiz ötüşüb. İsrail aviasiyası həmçinin bölgəyə humanitar yardım aparan maşın karvanına atəş açıb. Atəş nəticəsində bir neçə maşın yararsız vəziyyətə düşüb, ölən və yaralanan yoxdur. Humanitar yük daşıyan maşın karvanı bu səhər Qəzza zolağına daxil olub.

Hərbi əməliyyat zamanı ölən və yaralananların sayı da artmaqdadır. Fələstin tərəfin əməliyyatda 900 nəfərin öldüyünü, 3,700 nəfərin yaralandığını açıqlayıb. İsrail isə dünən gecədən etibarən keçirilən əməliyyatlarda 40 HAMAS döyüşçüsünün öldürüldüyünü bəyan ediblər. Qəzzadakı mənbələr isə öldürülən 40 nəfərin əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirir.

İsrail aviasiyası bu gün Qəzza zolağında Mədəniyyət Nazirliyinin binasına raket zərbəsi endirib. HAMAS-ın atdığı raketlərdən biri isə Sderot şəhər bələdiyyə başçısının evinə düşüb. İsrail hərbi komandanlığı əməliyyat bölgəsinə əlavə qüvvələr göndəriləcəyini açıqlayıb. Bu gecə keçirilən əməliyyatlar İsraillə Misir arasında gərginliyə səbəb olub. Misir sərhədi yaxınlığında yaşayış məntəqələrinin bombardman edilməsi nəticəsində 4 Misir vətəndaşı həlak olub. Onlarda ikisi polis məmurudur. Rəsmi Qahirə bombardmanlara rəğmən Refah keçid məntəqəsinin fəaliyyətini dayandırmayacağını, Qəzza zolağına humanitar yardım maşınlarının daxil olmasına icazə verəcəklərini bildirib. Bundan başqa fələstinli yaralılar bu keçid məntəqəsi vasitəsilə Misirə aparılır. Misir Səhiyyə Nazirliyi yaralıları qəbul etmək üçün 22 xəstəxananın boşaldıldığını bəyan edib.

İsrailin baş naziri Ehud Olmert əməliyyatların davam edəcəyini bildirib. O, atəşkəslə bağlı çağırışları rədd edərək, İsrail vətəndaşları üçün təhlükə aradan qalxmayana qədər əməliyyatın davam edəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR