Bank Of Baku

HAMAS daxili işlər nazirinin öldürülməsinə görə İsraildən qisas alacağını bəyan edib

HAMAS daxili işlər nazirinin öldürülməsinə görə İsraildən qisas alacağını bəyan edib
# 16 yanvar 2009 07:17 (UTC +04:00)
Onunla birlikdə evdə olan digər yüksək rütbəli şəxslər, həmçinin evin sahibi – Səid Siamın qardaşı da həlak olub. Faktı həm İsrail, həm də HAMAS təmsilçiləri təsdiq ediblər.

Səid Siam 2006-cı ildən HAMAS hökumətinin daxili işlər və milli təhlükəsizlik naziri idi.

“The Jerusalem Post” isə yazır ki, İsrail ordusunun yanvarın 15-də keçirdiyi hərbi əməliyyat zamanı HAMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri Salah Əbu Şrakx da öldürülüb.

Bundan başqa, raket zərbələri nəticəsində HAMAS-ın hərbi qanadının rəhbəri Mahmud Vatfax da həlak olub.

HAMAS-ın hərbi qanadı olan “İzəddin əl-Kasamın briqadası” isə daxili işlər naziri Səid Siamın öldürülməsinin qisasını İsraildən alacağını bəyan edib: “Onun qanı əbəs yerə axmayıb. Biz İsrailin bu hərəkətinə sözlə yox, əməllə cavab verəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR