Bank Of Baku

HAMAS lideri Fələstin xalqının İsrail üzərində böyük qələbə qazandığını elan edib

HAMAS lideri Fələstin xalqının İsrail üzərində böyük qələbə qazandığını elan edib
# 19 yanvar 2009 07:57 (UTC +04:00)
APA-nın məlumatına görə, televiziya ilə xalqa müraciət edən İsmayıl Xaniyə bildirib ki, Allah bu qələbəni təkcə bir hərəkata, bir partiyaya, yaxud regiona deyil, bütün Fələstin xalqına bəxş edib: “Biz təcavüzü dayandırmağa nail olduq və düşmən öz hədəflərindən heç birinə çatmadı. HAMAS hərəkatı düşmən ordusu Qəzza zolağının tərk edənə kimi bir həftə ərzində atəşkəsə riayət etməyə hazırdır”.

Qeyd edək ki, İsrail yanvarın 18-ə keçən gecə atəşin dayandırıldığını və əməliyyatın başa çatdığını elan edib. Bununla belə hücumlara məruz qalacağı təqdirdə İsrail hərbçiləri fələstinlilərə atəş açmaq hüququnu özündə saxlayıb. İsrail qoşunlarının Qəzza zolağının nə zaman tərk edəcəyi açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR