Bank Of Baku

Corc Buşa ayaqqabı atan iraqlı jurnalist İsveçrədən siyasi sığınacaq istəyib

Corc Buşa ayaqqabı atan iraqlı jurnalist İsveçrədən siyasi sığınacaq istəyib
# 19 yanvar 2009 08:09 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə əl-Zeydinin vəkili məlumat verib. O bildirib ki, hazırda Bağdad həbsxanasında saxlanan əl-Zeydi həyatı üçün təhlükə olduğunu düşünür. Əl-Zeydinin siyasi sığınacaq istəməsi barədə sənədlər İsveçrə Xarici İşlər Nazirliyinə bu həftə göndəriləcək. Əl-Zeydi Cenevrədə məskunlaşmaq və BMT-də jurnalist kimi çalışmaq niyyətindədir. Jurnalistin qardaşı Əl-Zeydiyə işgəncə verildiyini, onun bir neçə qabırğasının sındığını deyib. Lakin o qardaşına işgəncənin saxlanan zaman, yoxsa həbsxanada olarkən verildiyini açıqlamayıb. Xarici dövlət başçısına qarşı hücumda ittiham olunan jurnalisti 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR