Bank Of Baku

Səudiyyə Ərəbistanı Qəzza zolağının bərpası üçün 1 milyard dollar ayıracaq

Səudiyyə Ərəbistanı Qəzza zolağının bərpası üçün 1 milyard dollar ayıracaq
# 19 yanvar 2009 13:48 (UTC +04:00)
Bakı - APA. Səudiyyə Ərəbistanı İsrailin 21 günlük hərbi əməliyyatları nəticəsində xarabalığa çevrilən Fələstin Muxtariyyətinin Qəzza zolağının bərpası üçün 1 milyard dollar ayıracaq. APA-nın məlumatına görə, Ərəb Dövlətləri Liqasının Küveytdə keçirilən zirvə toplantısında çıxış edən Səudiyyə Ərəbistanı kralı Abdulla Qəzza sakinlərinin səudiyyəli qardaşları adından bərpa işləri üçün 1 milyard dollar verəcəklərini açıqlayıb. İsraili qeyri-adekvat güc tətbiq etməkdə günahlandıran kral bildirib ki, fələstinlilərin bir damla qanı dünyadakı bütün pullardan üstündür.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının sammitinə bu təşkilatın 22 üzvündən 17-si qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR