Bank Of Baku

HAMAS hərbi əməliyyatlarda 49 İsrail əsgərinin öldürüldüyünü açıqlayıb

HAMAS hərbi əməliyyatlarda 49 İsrail əsgərinin öldürüldüyünü açıqlayıb
# 19 yanvar 2009 16:06 (UTC +04:00)
Qəzza-APA. İsrail ordusu ilə 22 gün davam edən hərbi toqquşmaların qələbə ilə başa çatdığını bəyan edən HAMAS-ın hərbi qanadı döyüşlərdə ciddi itki vermədiklərini açıqlayıb. APA-nın məlumatına görə, “El Kassam Döyüşçüləri” adlanan hərbi qanadın rəhbərliyi döyüşlərdə 49 İsrail əsgərini öldürdüklərini, yüzlərlə hərbçini isə yaraladıqlarını bəyan ediblər. İslami-cihad hərbi qanadı olan “Qüds döyüşçüləri” birləşməsi də 18 İsrail əsgərini öldürdüklərini bildirib. “Qüds döyüşçüləri” müharibədə 34 nəfər itki veriblər. HAMAS təmsilçiləri həmçinin İsrail əsgərlərini əsir götürdüklərini, onların İsrail bombardmanları nəticəsində öldüklərini bildiriblər. Hərbi qanadın təmsilçisi Əbu Ubeyda 22 gündə İsrail ərazisinə 340 “Kassam”, 210 “Qrad” və 422 “Katyuşa” raketləri atıldığını bəyan edib. O, həmçinin döyüşlər zamanı 47 İsrail tankını və 4 təyyarəni vurduqlarını, vurulan təyyarələrdən birinin Qəzza şəhərinə düşdüyünü söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR