Bank Of Baku

İran kəşfiyyatı ABŞ-ın “məxməri inqilab” ssenarisini pozduğunu açıqlayıb

İran kəşfiyyatı ABŞ-ın “məxməri inqilab” ssenarisini pozduğunu açıqlayıb
# 20 yanvar 2009 07:33 (UTC +04:00)
Tehran – APA. ABŞ İrandakı mövcud islam quruluşunu devirmək üçün fəal iş aparır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İran İslam Respublikasının İnformasiya (Təhlükəsizlik) Nazirliyinin əks-kəşfiyyat departamentinin adı açıqlanmayan rəhbəri bu yaxınlarda 4 iranlının həbs olunmasını şərh edərkən deyib. O bildirib ki, ABŞ İranda “məxməri inqilab” ssenarisini həyata keçirmək üçün öz xüsusi xidmət orqanlarının müxtəlif dövlətlərdə, o cümlədən Azərbaycan, Türkiyə, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində malik olduğu imkanlardan istifadə edir. Kəşfiyyat rəhbəri həmin şəxslərin ABŞ-ın dəstəyi ilə İranda dövlət çevrilişinə hazırlıq apardıqlarını, ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək onların göstərişlərini yerinə yetirdiklərini söyləyib. Ümumilikdə iş üzrə onlarla adamın adı keçir və ABŞ-ın İranda “məxməri inqilab” üçün 32 milyon dollara yaxın vəsait xərclədiyi bildirilir. Yaxın günlərdə İran televiziyaları həbs olunan bəzi şəxslərin etiraflarını yayımlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR