Bank Of Baku

Qəzza zolağında həyata keçirilən əməliyyatda ölən və yaralananların sayına dair son rəqəmlər açıqlanıb

Qəzza zolağında həyata keçirilən əməliyyatda ölən və yaralananların sayına dair son rəqəmlər açıqlanıb
# 20 yanvar 2009 08:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. BMT Qəzza zolağında əməliyyatın nəticələrinin aradan qaldırılması üçün milyardlarla dollar vəsait lazım olduğunu bəyan edib. APA-nın məlumatına görə, BMT-nin yaydığı press-relizdə əməliyyatdan sonra 50 minə qayın insanın ev-eşiksiz qaldığı bildirilir. Bundan başqa press-relizdə hərbi əməliyyatın nəticələrinə dair rəqəmlər də açıqlanıb. Fələstin Səhiyyə Nazirliyi İsrailin hərbi təcavüzü nəticəsində 1314 nəfərin öldüyünü bildirib. Onların 416 nəfəri uşaq, 106 nəfəri qadındır. Hərbi əməliyyatlar zamanı 5320 nəfər, o cümlədən 1855 uşaq və 795 qadın yaralanıb. Bununla da hərbi münaqişə zamanı zərər çəkən fələstinlilərin ümumi sayı 6 min nəfərdən artıqdır. İsrailin hərbi təcavüzü zamanı 13 həkim öldürülüb, 22 həkim isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR