Bank Of Baku

İraq hökuməti Səddam Hüseynin yaxtasına alıcı tapa bilmir

İraq hökuməti Səddam Hüseynin yaxtasına alıcı tapa bilmir
# 21 yanvar 2009 10:25 (UTC +04:00)
Bağdad-APA. İraq hökuməti Səddam Hüseynin “Qadissiyat Saddam” yaxtasına alıcı tapa bilmir. APA-nın məlumatına görə, hökumətin mətbuat katibi Əli əl-Dabbax bildirib ki, yaxtaya bir neçə alıcı çıxsa da, onların təklif etdiyi qiymət hökuməti qane etməyib. Qeyd edək ki, yaxta 1981-ci ildə danimarkalı mühəndislər tərəfindən inşa olunub. 82 metr uzunluğu olan yaxtada hovuzlar, bilyard zalları, LCD ekran televizorlar, təhlükə anında gəmini hiss olunmadan tərk etmək üçün gizli çıxış var. Gəmi 28 sərnişin və 35 komanda heyəti üçün nəzərdə tutulub. SƏddam Hüseynin yaxtası ötən il yanvarın 31-də Nitsa limanına daxil olan zaman Fransa hökuməti tərəfindən müsadirə olunub. Məhkəmə yaxtanın İraq hökumətinə məxsus olduğu barədə qərar çıxardıqdan sonra gəmi təmir üçün Yunanıstan tərsanələrindən birinə göndərilib. Təmir başa çatdıqdan sonra yaxta Bəsrəyə göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR