Bank Of Baku

Avropa Komissiyası fələstinlilərə 58 milyon avro dəyərində yardım göstərəcək

Avropa Komissiyası fələstinlilərə 58 milyon avro dəyərində yardım göstərəcək
# 27 yanvar 2009 07:45 (UTC +04:00)
Strasburq. Aleksandr Kin-APA. Avropa Komissiyası Fələstinə 58 milyon avro dəyərində yardım ayıracaq. APA-nın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, Avropa İttifaqının inkişaf və humanitar yardım məsələləri üzrə komissarı Lui Mişel bildirib ki, bu yardımın 32 milyonu Qəzza zolağında münaqişədən zərər çəkənlərə, 20 milyonu İordan çayının Qərb sahilində məskunlaşmış fələstinlilərə, 6 milyon dolları isə Livanda yaşayan fələstinli qaçqınlara ayrılacaq: “Dağıntıların miqyası məni çox kədərləndirdi. Qəzza zolağında fəlakət durumunu gözlərimlə gördükdən sonra mən hər kəsi bölgəyə təcili olaraq humanitar yardımlar çatdırmağa çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR