Bank Of Baku

Şimali Koreya müharibə hazırlıqlarına başlayıb

Şimali Koreya müharibə hazırlıqlarına başlayıb
# 03 fevral 2009 07:42 (UTC +04:00)
Pxenyan-APA. Şimali Koreya rəhbərliyi Seulla imzalanmış bütün müqavilələri birtərəfli qaydada ləğv edib. APA-nın məlumatına görə, bu addım yarımadada yeni müharibənin başlanmasını qaçılmaz edir. Pxenyanın çıxdığı müqavilələr siyahısında 1991-ci ildə imzalanmış dinc əməkdaşlıq, qarşılıqlı hücum etməmək və təcavüzkar addımlardan çəkinmək haqqında saziş də var. Şimali Koreya rəhbərliyi müqavilələrin birtərəfli qaydada ləğvini qarşı tərəfin onları müharibəyə sürükləmək cəhdi ilə əsaslandırır. Rəsmi Pxenyan yaranmış vəziyyətdə Cənubi Koreya prezidenti Li Men Bakı günahlandırır. “Şimali Koreya ilə qarşıdurma siyasəti”nin memarlarından Xen İn Tekin milli birləşmə işləri nazir təyin olunması Pxenyanda narazılıqla qarşılanıb. Qeyd edək ki, Şimali Koreya son zamanlar qonşu dövlətin ünvanına birbaşa hədələr səsləndirməkdədir. Sarı dənizdə sərhəd xətti boyunca iki ölkənin gəmilərinin təxribatçı hərəkətləri son zamanlar adi hala çevrilib. İş o həddə çatıb ki, Pxenyan onlara yardımı dayandıran Seul hökumətini məhv etməklə hədələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR