Bank Of Baku

Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb

Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb
# 18 iyun 2026 09:32 (UTC +04:00)

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə üzrə əsasən mənfi dinamika müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, bazarın lideri olan Bitcoin-in (BTC) qiyməti 63 848,63 ABŞ dolları təşkil edib. Kriptovalyuta son 24 saat ərzində 2,87% dəyər itirib.

Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan Ethereum-un (ETH) qiyməti 1 726,52 ABŞ dolları olub. Aktiv son sutkada 3,53% ucuzlaşıb. BNB-nin qiyməti isə 588,17 ABŞ dolları təşkil edib ki, bu da son 24 saatda 3,05% azalma deməkdir.

İri kriptovalyutalar arasında ən çox dəyər itirən aktivlərdən biri Zcash olub. ZEC-in qiyməti son 24 saatda 10,5% azalaraq 457,70 ABŞ dollarına düşüb. Monero-nun (XMR) qiyməti isə 329,18 ABŞ dolları olub və son sutkada 5,87% geriləyib.

Digər iri kriptovalyutalar arasında XRP 4,22%, Solana 4,09%, Dogecoin isə 3,73% ucuzlaşıb. Yalnız TRON son 24 saatda 0,89% bahalaşaraq müsbət dinamika nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR