Bank Of Baku

“British Council” təşkilatı İranda fəaliyyətini dayandırıb

“British Council” təşkilatı İranda fəaliyyətini dayandırıb
# 05 fevral 2009 07:09 (UTC +04:00)
Tehran-APA. Britaniyanın “British Council” təşkilatının Tehrandakı ofisi fəaliyyətini dayandırıb. APA-nın məlumatına görə, buna səbəb ofis əməkdaşlarının hakimiyyət orqanları tərəfindən hədələrə məruz qalmasıdır. İranın Britaniyadakı səfirliyi bu faktı araşdıracağını bildirib. Qeyd edək ki, İran “British Council” təşkilatının əməkdaşlarına viza verməkdən imtina edir, qurumun üzvləri İran prezidentinin iqamətgahına çağırıldıqdan sonra onlar könüllü şəkildə işdən çıxmaq barədə ərizə yazıblar. “British Council” rəhbərliyi İrandakı əməkdaşlarının daim təzyiqlərə məruz qaldığını, hətta ölkəni tərk etməsinə imkan verməmək üçün iki işçinin pasportlarının müsadirə olunduğunu bildirir. Bununla əlaqədar “British Council” yanvarın 31-dən etibarən İranda fəaliyyətini dayandırdığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR