Bank Of Baku

BMT Bənazir Bhuttonun qətlinin araşdırılması üçün komissiya yaradıb

BMT Bənazir Bhuttonun qətlinin araşdırılması üçün komissiya yaradıb
# 05 fevral 2009 08:37 (UTC +04:00)
İslamabad – APA. BMT Pakistanın sabiq baş naziri Bənazir Bhuttonun qətlinin araşdırılması üçün komissiya yaradıb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, komissiyanın yaradıldığını B. Bhuttonun həyat yoldaşı, Pakistan prezidenti Asif Əli Zərdari ilə görüşündə baş katib Pan Gi Mun elan edib. A. Ə. Zərdari ümid etdiyini bildirib ki, BMT komissiyası terror aktını planlaşdıran, təşkil edən və maliyyələşdirənləri ortaya çıxararaq ədalət mühakiməsinə təslim edəcək.

Xatırladaq ki, B. Bhutto 2007-ci il dekabrın 27-də Ravalpindi şəhərində baş verən terror aktı nəticəsində öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR