Bank Of Baku

Avstraliyada baş verən meşə yanğınlarında 128 nəfər ölüb, 750-dən çox ev məhv olub

Avstraliyada baş verən meşə yanğınlarında 128 nəfər ölüb, 750-dən çox ev məhv olub
# 09 fevral 2009 07:24 (UTC +04:00)
APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, güclü yanğın 750-dən çox evi məhv edib. Yerli hakimiyyət orqanları bu rəqəmlərin hələlik son olmadığını, yanğının əhatə etdiyi ərazilərdə araşdırmaların davam etdirildiyini bildirib.

Avstraliyanın Yeni Cənubi Uels və Viktoriya ştatlarında baş verən meşə yanğınları ən çox itki ilə nəticələnməsi ilə Avstraliya tarixinə düşüb. Təbii fəlakətin vurduğu maddi ziyanın məbləği isə hələlik məlum deyil, hesablamalar aparılır.

Qeyd edək ki, meşə yanğınları güclü küləklə müşayiət olunan rekord dərəcəd isti hava şəraitində başlayıb. Lakin Avstraliyanın hüquq-mühafizə orqanları hesab edir ki, bəzi yerlərdə yanğın kənar müdaxilə nəticəsində baş verib. Ölkənin baş naziri Kevin Radd bəyan edib ki, insan ölümü ilə nəticələnmiş yanğını törətmiş şəxsləri kütləvi qətl ittihamı gözləyir.

Artıq Avstraliyanın hüquq-mühafizə orqanları hadisədə günahkar bilinən iki nəfərin həbs edildiyini bildirib. Lakin onların törətdiyi yanğınların insan itkisi ilə nəticələnmədiyi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR