Bank Of Baku

Bu gün İsraildə parlament seçkiləri keçirilir

Bu gün İsraildə parlament seçkiləri keçirilir
# 10 fevral 2009 07:45 (UTC +04:00)
Tel-Əviv-APA. Bu gün İsraildə parlament seçkiləri keçirilir. APA-nın məlumatına görə, seçkilərin nəticələrin uyğun olaraq ölkədə yeni hökumət formalaşacaq. Səsvermə hüququ olan 5,3 milyon nəfər partiya siyahıları üzrə səs verəcəklər. 120 yerlik parlamentdə təmsil olunmaq üçün siyasi partiyalar səsverməyə qatılmış vətəndaşların ən azı 2 faizinin səsini toplamalıdır. Politoloqlar seçkilərdə əsas mübarizənin sabiq baş nazir Benyamin Netanyahunun lideri olduğu “Likud” partiyası ilə xarici işlər naziri Tsipi Livninin rəhbərlik etdiyi “Kadima” partiyası arasında gedəcəyini proqnozlaşdırırlar. Seçkilər ərəfəsində keçirilən son sosioloji sorğulara görə “Likud” rəqibi “Kadima”nı xeyli qabaqlayır. Lakin bu partiyaların 61 mandat qazanmaq və təkbaşına hökumət formalaşdırmaq imkanı demək olar ki, yoxdur. Sosioloji sorğulara əsasən, postsovet məkanından olan mühacirlərin dəstəklədikləri və Avidqor Libermanın rəhbərlik etdiyi “İsrail – bizim evimizdir“ partiyası üçüncü, müdafiə naziri Ehud Barakın lideri olduğu “Avoda” isə dördüncü yeri qazana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR