Bank Of Baku

İsraildə keçirilən parlament seçkilərində xarici işlər naziri Tsipi Livninin lideri olduğu “Kadima” partiyası birinci olub

İsraildə keçirilən parlament seçkilərində xarici işlər naziri Tsipi Livninin lideri olduğu “Kadima” partiyası birinci olub
# 11 fevral 2009 08:35 (UTC +04:00)
“Kadima” parlamentdə 28, Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası isə 27 yer qazanıb. Sonrakı yerləri Aviqdor Libermanın “İsrail bizim evimizdir” partiyası (15 yer) və baş nazir Ehud Barakın “Avoda” partiyası (13 yer) tutub. Partiyalardan hər hansı birinin təkbaşına hökumət formalaşdırması üçün ən azı 61 mandata sahib olması lazımdır. Artıq Livni və Netanyahu seçkilərdə qalib gəldiklərini bəyan ediblər. Aviqdor Liberman hər iki partiya ilə koalisiya hökuməti qurmaqla bağlı danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib. Seçkilərin yekun nəticələri iki gün sonra açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR