Bank Of Baku

İndoneziyada 7,5 bal gücündə zəlzələ baş verib

İndoneziyada 7,5 bal gücündə zəlzələ baş verib
# 12 fevral 2009 08:14 (UTC +04:00)
Cakarta-APA. İndoneziyanın Sulavesi adasının şimalında zəlzələ baş verib. APA-nın məlumatına görə, ABŞ Geoloji Xidməti yeraltı təkanların gücünün 7,5 bal olduğunu bildirib. Hakimiyyət orqanları sunami təhlükəsi ilə bağlı həyəcan siqnalı versə də, sonradan bu xəbərdarlıq ləğv olunub. Zəlzələnin episentri Talaud adalarında, yerdən 33 kilometr dərinlikdə olub. İndoneziya planetin ən seysmik zonasında – “Sakit Okean odlu üzük” adlanan tektonik zonada yerləşir. yerləşir. Seysmoloqlar hər il orada gücü 4 baldan artıq olan 6-7 min zəlzələ qeydə alırlar. Bu zonada tektonik laylar ildə 7 santimetr sürətlə hərəkət edir. İlkin məlumata görə, zəlzələ nəticəsində 46 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR