Bank Of Baku

İsrailin yeni baş naziri Benyamin Netanyahu olacaq

İsrailin yeni baş naziri Benyamin Netanyahu olacaq
# 20 fevral 2009 13:18 (UTC +04:00)
Tel-Əviv – APA. İsrail prezidenti Şimon Peres yeni hökuməti formalaşdırmaq səlahiyyətini “Likud” Partiyasının lideri Benyamin Netanyahuya verəcək. APA-nın “Mignews”a istinadən yaydığı məlumata görə, bunu prezidentin dəftərxanasından bildiriblər. Prezident öz çıxışında qərarını rəsmən elan edəcək. Bu gün səhər Ş. Peres “Likud” lideri Benyamin Netanyahu və “Kadima” Partiyasının lideri, indiki xarici işlər naziri Tsipi Livni ilə görüşərək onları milli birlik hökuməti qurmağa çağırıb.

Xatırladaq ki, İsraildə keçirilən parlament seçkilərinin nəticələrinə əsasən “Kadima” Partiyası 28, “Likud” Partiyası 27, “Bizim Evimiz - İsrail” Partiyası isə 15 yer qazanıb. 120 yerlik qanunverici orqanda hökuməti formalaşdırmaq üçün azı 61 səsə ehtiyac var. Yeni parlamentdə kilid rola malik “Bizim Evimiz - İsrail” Partiyasının lideri Aviqdor Liberman prezident Şimoin Pereslə görüşündə baş nazir postuna məhz B. Netanyahunu tövsiyə edib. O, hökumət koalisiyasına Tsipi Livninin başçılıq etdiyi “Kadima” Partiyasının da daxil edilməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR