Bank Of Baku

“Əl-Qaida” HAMAS-ı İsraillə atəşkəs razılaşması imzalamamağa çağırıb

“Əl-Qaida” HAMAS-ı İsraillə atəşkəs razılaşması imzalamamağa çağırıb
# 23 fevral 2009 14:21 (UTC +04:00)
Qəzza-APA. “Əl-Qaida” liderlərindən Ayman əl-Zəvahiri HAMAS rəhbərliyini İsraillə atəşkəs sazişi imzalamamağa çağırıb. APA-nın məlumatına görə, Ayman əl-Zəvahirinin videomüraciəti ekstremist saytlardan birində yayımlanıb. Zəvahiri bütün ərəbləri İsrail dövləti ilə mübarizəyə çağırıb. O həmçinin bütün müsəlmanları səlibçilərə, Qərb dövlətlərinə və onların casuslarına qarşı mübarizəni davam etdirməyə səsləyib. O HAMAS-ın adını çəkməsə də, Qəzza zolağına nəzarət edən islamçı qruplaşmanı Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasla əməkdaşlıqdan çəkinməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR