Bank Of Baku

İraq 1990-cı ildə Küveyti işğal etdiyinə görə bu ölkəyə 13,3 milyard dollar təzminat ödəyib

İraq 1990-cı ildə Küveyti işğal etdiyinə görə bu ölkəyə 13,3 milyard dollar təzminat ödəyib
# 23 fevral 2009 14:32 (UTC +04:00)
Küveyt-APA. İraq hökuməti 1990-ci ildə işğalın nəticələrin aradan qaldırmaq üçün Küveytə 13,3 milyard dollar təzminat ödəyib. APA-nın məlumatına görə, Küveyt hökuməti təzminat olaraq daha bir neçə milyard dollar almaq niyyətində olduğunu açıqlayıb. İmzalanan razılaşmaya əsasən, İraq neft satışından əldə olunan gəlirin 5 faizini 1990-91-ci illərdə işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən yaradılmış xüsusi fonda köçürməlidir. Bu fonda 368 milyard dollarlıq təzminat tələbi daxil olub, bu müraciətin 190 milyard dolları Küveyt hökuməti tərəfindən edilib. Fondun rəhbərliyi 52 milyard dollarlıq kompensasiya tələbini haqlı sayıb, bu təzminatın 39 milyard dolları Küveytə ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR