Bank Of Baku

İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından Abdullah Abbasi Cavan zaminə buraxılıb

İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından Abdullah Abbasi Cavan zaminə buraxılıb
# 24 fevral 2009 14:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Tehranın Şəhid Rəcai Universitetinin müəllimi Abdullah Abbasi Cavan zaminə buraxılıb. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, fevralın 23-də 100 min ABŞ dolları dəyərində girov qoymaqla zaminə buraxılan A. Cavan 103 gün İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETELLAAT) tabeçiliyində olan Tehranda yerləşən “Evin” həbsxanasında saxlanılıb.

Qeyd edək ki, Ərdəbilin Razi Universitetinin müəllimi Hüseyn Hüseyni və onun dayısı Tehranın Şəhid Rəcai Universitetinin müəllimi Abdullah Abbasi Cavan 2008-ci il noyabrın 14-də Səttarxanın vəfatının ildönümündə iştirak etdiklərinə görə İran İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETELLAAT) tərəfindən həbs olunublar. H. Hüseyni 68 gün həbsxanasında saxlandıqdan sonra yerli məhkəmənin qərarı ilə 50 min ABŞ dolları dəyərində girov müqabilində zaminə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR