Bank Of Baku

Banqladeşdə sərhədçilər silahlı qiyam qaldırıblar, çoxlu sayda ölən və yaralanan var

Banqladeşdə sərhədçilər silahlı qiyam qaldırıblar, çoxlu sayda ölən və yaralanan var
# 26 fevral 2009 09:07 (UTC +04:00)
144 milyon insanın yaşadığı Banqladeş dünyanın ən kasıb dövlətlərindən biridir, burada orduda xidmət eləmək normal həyat sürmək üçün əsas vasitələrdən biri sayılır. Yerli sərhədçilər paytaxt Dəkkədə qiyam qaldıraraq hərbi komandanlığın mənzil-qərargahını ələ keçiriblər. Binanın hücumla ələ keçirilməsi zamanı çoxlu sayda dinc sakin güllə yarası alıb. Maaşlarının artırılmasını tələb edən qiyamçılar yüzə yaxın şəxsi girov götürüblər. Qiyam zamanı girovlardan 50-yə yaxın şəxs öldürülüb. Daha 20 nəfər isə sərhədçilərlə ələ keçirilmiş binanı mühasirəyə alan hərbçilər arasında atışmanın qurbanı olub. Rəsmi dairələr öldürülən şəxslərin əksəriyyətinin zabit rütbəli hərbçilər olduğunu açıqlayıb. Lakin yerli mənbələr qiyam zamanı ölənlərin sayının qat-qat çox olduğunu bildirir. Hazırda paytaxt Dəkkə şəhərinin mərkəzi hissəsinə hərbi texnika yeridilib. Şəhərə əlavə qoşunlar gətirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR