Bank Of Baku

Vyetnamda rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb

Vyetnamda rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb
# 14 mart 2009 07:39 (UTC +04:00)
Xoşimin – APA. Vyetnamın cənubunda baş verən yol qəzası nəticəsində azı 9 rusiyalı turist və 1 yerli sakin ölüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, rusiyalı turistləri daşıyan avtobus Xoşimin şəhərindən turizm mərkəzi Dalat şəhərinə gedirmiş. Yoldakı döngədə avtobus aşıb. Nəticədə 7-si turist olan 8 nəfər hadisə yerində ölüb, 17 nəfər isə ağır yaralanıb. Daha sonra 2 rusiyalı turist xəstəxanada keçinib. Dörd nəfərin vəziyyəti ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR