Bank Of Baku

Qırğızıstanda siyahıyaalma keçirilir

Qırğızıstanda siyahıyaalma keçirilir
# 24 mart 2009 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Bu gün Qırğızıstanda ölkə tarixində ikinci dəfə əhalinin siyahıya alınmasına prosesinə start verilib. APA-nın məlumatına əsasən, sorğu vərəqəsinə 18 sual daxil edilib, o cümlədən cins, yaş, təhsil, gəlir mənbəyi, vətəndaşlıq, milliyyət və s.. Siyahıyaalma aprelin 2-dək davam edəcək və ilkin nəticələr bu ilin noyabr ayında açıqlanacaq.
Ölkənin qanunlarına əsasən, siyahıyaalmada iştirak təkcə ölkə vətəndaşları üçün deyil, həm də həmin vaxt Qırğızıstan ərazisində olan əcnəbilər üçün də məcburidir. Siyahıyaalmadan boyun qaçıranlar isə cərimələnəcək. Eyni zamanda, prosesdə iştirak edənlər avtomatik olaraq stimullaşdırıcı lotereyanın iştirakçısına çevrilir.
Qeyd edək ki, Qırğızıstanda ilk dəfə əhalinin siyahıya alınması 1999-cu ildə keçirilib. Bundan əvvəl isə siyahıyaalmalar SSRİ dövründə - 1959, 1970, 1979 və 1989-cu illərdə təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR