Bank Of Baku

“Euronews”: Barak Obamanın Ankaraya səfərindən sonra Türkiyə Ermənistanla sərhədləri aça bilər

“Euronews”: Barak Obamanın Ankaraya səfərindən sonra Türkiyə Ermənistanla sərhədləri aça bilər
# 29 mart 2009 14:25 (UTC +04:00)
Brüsseldəki mənbələr Türkiyənin xarici işlər naziri Əli Babacanın apreldə Ermənistana səfər edəcəyini, Türkiyənin 24 aprel ərəfəsində Ermənistanla sərhədləri açması ehtimalının böyük olduğunu bildirir. Mənbə bu addımın Türkiyə-Avropa Birliyi münasibətlərinə müsbət təsir göstərəcəyini və Avropada pozitiv qarşılaşacağını vurğulayıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da bu günlərdə erməni mətbuatına verdiyi açıqlamada Türkiyə ilə danışıqların məntiqi sonluqla nəticələnəcəyinə, bu danışıqların sərhədlərin açılması ilə yekunlaşacağına inandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR