Bank Of Baku

Sulim Yamadayevin dünyasını dəyişməsi barədə məlumat təsdiqlənməyib

Sulim Yamadayevin dünyasını dəyişməsi barədə məlumat təsdiqlənməyib
# 31 mart 2009 08:05 (UTC +04:00)
Dubay-APA. “Vostok” çeçen batalyonunun sabiq komandiri Sulim Yamadayevin xəstəxanada keçinməsi barədə məlumatlar təsdiqlənməyib. APA-nın məlumatına görə, onun qardaşı İsa “Kommersant”a bildirib ki, Sulim Yamadayev koma vəziyyətindən çıxıb: “O nə isə demək istəyirdi, amma oksigen balışı danışmasına imkan vermir. Qardaşıma üç güllə dəyib, lakin həyati əhəmiyyətli orqanları salamatdır”. Sulim Yamadayevin həyat yoldaşı da ərinin sağ olduğunu bildirib. Qeyd edək ki, dünən Rusiyanın Dubaydakı baş konsulu Sergey Kransoqor sui-qəsdə məruz qalan Sulim Yamadayevin xəstəxanada keçindiyi barədə rəsmi məlumat yaymışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR