Bank Of Baku

Sulim Yamadayevin Dubayda qətlə yetirilməsi faktına görə 7 nəfər həbs olunub

Sulim Yamadayevin Dubayda qətlə yetirilməsi faktına görə 7 nəfər həbs olunub
# 31 mart 2009 16:57 (UTC +04:00)
Dubay-APA. “Vostok” çeçen batalyonunun sabiq komandiri Sulim Yamadayevin Dubayda qətlə yetirilməsi faktına görə yeddi nəfər həbs olunub. APA-nın “Dni.ru” saytına istinadən yaydığı məlumata görə, Rusiyanın Dubaydakı baş konsulu Sergey Krasnoqor saxlanan şəxslərin Dubay Baş Prokurorluğunda dindirildiyini deyib: “Dubay polisinin rəisi general Daxi Xalfan Tamim Sulim Yamadayevin vəfat etməsi xəbərini mənə şəxsən təsdiqlədi. Sabah bu faktla bağlı Baş Prokurorluğun nümayəndələri ilə görüşəcək”. Daxi Xalfan Tamim isə Yamadayevin mütəşəkkil cinayətkar qruplaşma tərəfindən öldürüldüyünü bildirib. O qətllə bağlı saxlanan şəxslərin Rusiya vətəndaşları olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR