Bank Of Baku

İsrail parlamenti Netanyahu hökumətinin tərkibini təsdiqləyib

İsrail parlamenti Netanyahu hökumətinin tərkibini təsdiqləyib
# 01 aprel 2009 07:17 (UTC +04:00)
Tel-Əviv-APA. İsrail parlamenti altı saat davam edən debatlardan sonra Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin tərkibini təsdiqləyib. APA-nın məlumatına görə, yeni hökumətin lehinə 69, əleyhinə isə 45 deputat səs verib, 5 millət vəkili isə bitərəf qalıb. Səsvermədən sonra Benyamin Netanyahu təntənəli surətdə and içib. Qeyd edək ki, Netanyahu 1996-1999-cu illərdə baş nazir olub, lakin sonradan onun rəhbərlik etdiyi “Likud” partiyası uzun illər müxalifətdə qalıb. Qeyd edək ki, yeni hökumətin tərkibinə “Likud”la yanaşı seçkilərdə üçüncü yeri tutmuş Avidqor Libermanın “Bizim ev - İsrail” və Ehud Barakın “Avoda” partiyalarının təmsilçiləri də daxildir. Avidqor Liberman xarici işlər, Ehud Barak isə müdafiə naziri vəzifəsini icra edəcək. Bundan başqa koalisiyanın tərkibinə parlamentdə 11 mandata malik olan dini ortodoksların ŞAS partiyası və 3 mandata sahib ultrasağ “Yəhudi evi” partiyası da daxildir. Netanyahu hökumətdə daxili işlər naziri postunu ŞAS fraksiyasının rəhbəri Eli İşaya verib. Ümumilikdə hökumət baş nazir və 7 nazir müavini də daxil olmaqla 30 nazirdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR