Bank Of Baku

Pakistanda NATO-ya məxsus 9 yük avtomobili yandırılıb

Pakistanda NATO-ya məxsus 9 yük avtomobili yandırılıb
# 03 aprel 2009 10:53 (UTC +04:00)
İslamabad-APA. Terrorçular Pişəvər şəhəri yaxınlığında NATO-nun yük terminalına hücum ediblər. APA-nın məlumatına görə, hücum nəticəsində 9 yük maşını məhv edilib. Terminala hücum zamanı yandırıcı maddələrdən istifadə olunub. Qısa müddətli atışmadan sonra terrorçular geri çəkiliblər. Pakistan polisi hücumun “Taliban” hərəkatının üzvləri tərəfindən həyata keçirildiyini bildirib, lakin bu məlumat hələ təsdiqini tapmayıb. Qeyd edək ki, Əfqanıstandakı koalisiya qüvvələrinə yüklərin 70 faizi Pakistan ərazisindən keçməklə göndərilir. “Taliban” üzvləri yüklərin daşındığı marşrutu daim atəş altında saxlayırlar. Təkcə dekabr ayında yük terminalına edilən hücum nəticəsində 250 avtomobil və 50 yük konteyneri məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR