Bank Of Baku

Çində kömür mədənində partlayış baş verib, çoxlu sayda ölən və yaralananlar var

Çində kömür mədənində partlayış baş verib, çoxlu sayda ölən və yaralananlar var
# 18 aprel 2009 07:09 (UTC +04:00)
Pekin-APA. Çində kömür mədənində baş verən partlayış nəticəsində ən azı 18 nəfər ölüb, 3 nəfər yaralanıb. APA-nın məlumatına görə, partlayış ölkənin Xunan vilayətindəki mədənlərdən birində baş verib. İlkin məlumata görə, insidentə fəhlələrin otağının yanındakı qapalı yerdə partlayıcı qurğunun işə düşməsi səbəb olub. “Sinxua” informasiya agentliyi hadisə zamanı iki nəfərin itkin düşdüyünü bildirir. Partlayıcı və detonatorun mədənə qanunsuz yolla gətirildiyi qeyd olunur.
Qeyd edək ki, Çinin kömür mədənlərində bu kimi hadisələr tez-tez baş verir. Fevralın 22-də Şansi vilayətində baş verən partlayış 44 şaxtaçının ömrünə son qoyub. Rəsmi məlumata görə, ötən il Çinin kömür mədənlərində baş verən partlayışlarda 3 min nəfər dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR