Bank Of Baku

İranda həbs olunmuş Amerika jurnalisti Roksana Saberi azadlığa buraxılıb

İranda həbs olunmuş Amerika jurnalisti Roksana Saberi azadlığa buraxılıb
# 11 may 2009 13:41 (UTC +04:00)
Bakı – APA. İran məhkəməsi Amerika jurnalisti Roksana Saberinin azadlığa buraxılması barədə qərar qəbul edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistin vəkili Saleh Nikbəxt bildirib. Vəkilin sözlərinə görə, məhkəmə jurnalistin cəzasını iki il şərti cəza ilə əvəzləyib ki, bunun da sayəsində R. Saberi yaxın saatlarda azadlığa buraxılacaq.

Qeyd edək ki, atası fars, anası yapon olan Saberi bu ilin aprelində İran məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, o, bu il yanvarın 31-də İranda dükandan şərab alarkən saxlanılıb. Son 6 ildir, İranda yaşayan Saberi BBS, Fox News və Amerika İctimai radiosunda çalışıb. Lakin istintaq onun qeyri-leqal jurnalist fəaliyyəti ilə məşğul olduğunu müəyyən edib. Məlum olub ki, onun akkreditasiyasının müddəti hələ 2006-cı ildə bitib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR