Bank Of Baku

“Tamil pələngləri”nin lideri öldürülüb

“Tamil pələngləri”nin lideri öldürülüb
# 18 may 2009 10:10 (UTC +04:00)
Şri-Lanka – APA. 1972-ci ildən bəri Şri-Lankada müstəqil Tamil dövlətinin yaradılması uğrunda silahlı mübarizə aparan “Tamil-İlamın azadlıq pələngləri” təşkilatının lideri Vellupillay Prabhakaran öldürülüb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, V. Prabhakaran təcili yardım maşını ilə hökumət qüvvələrinin təqibindən qaçmağa çalışsa da, mühasirəyə düşüb və iki köməkçisi ilə birlikdə məhv edilib. V. Prabhakaranın oğlu Çarlz Entoni, qruplaşmanın siyasi qanadının rəhbəri Balasinqham Nadesan, hərbi qanadın lideri Rameş və sülhməramlı katibliyin rəhbəri Sivaratnam Pulidevan da öldürülüb. Mayın 19-da Şri-Lanka prezidenti Mahinda Racapakse “Tamil pələngləri” üzərində qəti qələbəni elan etməyə hazırlaşır.
Qeyd edək ki, “Tamil-İlamın azadlıq pələngləri”nin fəaliyyət göstərdiyi illər ərzində on minlərlə adam ölüb. 1999-cu ildə separatçılar ölkə ərazisinin üçdə birini nəzarətə götürüblər. 2009-cu ilin əvvəlindən etibarən Şri-Lanka ordusu “pələnglər”ə qarşı iri miqyaslı hərbi əməliyyata başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR