Bank Of Baku

Koreya yarımadasında müharibə başlayır, rəsmi Pxenyan atəşkəs haqqında sazişdən çıxdığını bəyan edib

Koreya yarımadasında müharibə başlayır, rəsmi Pxenyan atəşkəs haqqında sazişdən çıxdığını bəyan edib
# 27 may 2009 07:42 (UTC +04:00)
APA-nın məlumatına görə, sazişlə üzərinə götürdüyü öhdəliklərdən rəsmən imtina edən Şimali Koreya rəhbərliyi bəyan edib ki, zərurət yaranarsa Cənubi Koreya və müttəfiqlərinə layiqli hərbi cavab veriləcək. Rəsmi bəyanatda bildirilir ki, Şimali Koreya artıq özünün qərb sahillərində gəmilərin hərəkətinin təhlükəsizliyinə qarantiya vermir: “Bəyan edirik ki, respublikaya qarşı istənilən hərbi addım, o cümlədən Şimali Koreya gəmilərinin saxlanması və yoxlanılması hərbi qarşıdurma ilə nəticələnəcək”.

Rəsmi Pxenyanın bu demarşı Cənubi Koreyanın kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə proqramına qoşulmasına cavab kimi dəyərləndirilir. Bu proqram 2003-cü ildə ABŞ-ın təşəbbüsü ilə icra olunmağa başlayıb. Proqramın əsas məqsədi kütləvi qırğın silahlarının yaradılmasında istifadə olunan materialların qanunsuz dövriyyəsinə yol verməməkdir. Şimali Koreya BMT-nin etirazına rəğmən mayın 25-də yeraltı nüvə sınaqları həyata keçirib.

Qeyd edək ki, Şimali və Cənubi Koreya arasında atəşkəs sazişi 1953-cü il iyulun 27-də imzalanıb. Sazişdən öncə tərəflər arasında iki il ərzində 1076 dəfə danışıqlar aparılıb. Atəşkəs haqqında saziş indiyədək sülh sazişi ilə əvəzlənməyib. Bu saziş 38-ci paraleldə 4 kilometrlik silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur. Pxenyanın bu sazişdən çıxması hərbi-demarkasiya xəttini tanımaqdan imtina etməsi deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR