Bank Of Baku

İranda prezidentliyə namizəd Mirhüseyn Musəvinin bir tərəfdarı qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb

İranda prezidentliyə namizəd Mirhüseyn Musəvinin bir tərəfdarı qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb
# 16 iyun 2009 07:18 (UTC +04:00)
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, polisin açdığı atəş nəticəsində həmin şəxs ölüb, daha bir neçə nəfər isə yaralanıb.

Qeyd edək ki, iyunun 12-də keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə görə, hazırkı prezident Mahmud Əhmədinejad 62,63, onun əsas rəqibi, islahatçı namizəd Mirhüseyn Musəvi isə 33,75 faiz səs toplayıb. Lakin Musəvi nəticələrlə razılaşmayaraq, özünün qalib gəldiyini elan edib.

İyunun 13-dən isə onun tərəfdarları seçki saxtakarlığına etiraz olaraq Tehranın küçələrinə çıxıblar. Təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında toqquşmalar baş verib. Aksiyalar iyunun 14-ü və 15-də də davam edib. İyunun 15-də aksiya iştirakçıları Tehranın mərkəzindəki İnqilab meydanına doğru irəliləmək istədikdə polislə toqquşma baş verib. Toqquşma silahlı insidentə çevrilib və polisin açdığı atəş nəticəsində Musəvinin tərəfdarlarından biri ölüb, bir neçə nəfər isə yaralanıb. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, İranın daxili işlər naziri mitinqlərin qeyri-qanuni olduğunu bildirib.

Onu da əlavə edək ki, M. Musəvi artıq İranın ali dini rəhbəri Əli Xamnei ilə görüşüb. Xamnei ona seçkilərin nəticələrinə apellyasiya qaydasında, qanun çərçivəsində baxılmasını məsləhət görüb.

Bu gün prezidentliyə namizədlər M. Musəvi və Möhsün Rezainin şikayətlərinə baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR