Bank Of Baku

Tehranda nümayişçilərlə hərbçilər arasında baş verən toqquşmada 8 nəfər ölüb - FOTOSESSİYA

Tehranda nümayişçilərlə hərbçilər arasında baş verən toqquşmada 8 nəfər ölüb - <font color=red>FOTOSESSİYA</font>
# 16 iyun 2009 08:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu məlumatı İran dövlət radiosu yayıb. “France Presse” agentliyi bir qrup nümayişçinin iyunun 16-na keçən gecə Azadi meydanı ətrafındakı blokposta hücum etdiyini, hərbçilərin atəşi nəticəsində 7 nəfərin öldüyünü xəbər verib. Təcili yardım xidmətindən isə 8 nəfərin öldüyünü deyiblər.
Xatırladaq ki, iyunun 12-də keçirilən prezident seçkilərində indiki prezident Mahmud Əhmədinejatın 62,63% səs toplayaraq zəfər qazandığı açıqlandıqdan sonra paytaxt Tehranda etiraz aksiyaları başlayıb. İslahatçı namizəd Mirhüseyn Musəvi seçkilərin saxtalaşdırıldığını bəyan edərək nəticələri tanımayıb. Bundan sonra on minlərlə iranlı küçələrə çıxıb. Tehran küçələrində polislə nümayişçilər arasında toqquşmalar baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR