Bank Of Baku

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru: “İran nüvə silahı yaratmaq istəyir”

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru: “İran nüvə silahı yaratmaq istəyir”
# 17 iyun 2009 16:39 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd əl Baradei İranın nüvə silahı yaratmaq istədiyini açıqlayıb. APA-nın xəbərinə görə, M. əl Baradei BBC-yə müsahibəsində İranın Orta Şərqdə böyük güc halına gəlmək üçün nüvə silahı istehsalı üzrə texnologiyaya sahib olmaq istədiyini bildirib. Atom Enerjisi Agentliyi rəhbərinin fikrincə, İran nüvə silahını ABŞ və bəzi qonşu dövlətlərdən qaynaqlanan təhlükələrə qarşı “sığorta kağızı” kimi görür: “İranın nüvə silahı istehsalına imkan verəcək texnologiyaya sahib olmaq istədiyini hiss edirəm. Qonşularına və bütün dünyaya “bizə ilişməyin. İstəsək, nüvə silahı yarada bilərik” mesajını vermək istəyir”.

Məhəmməd əl Baradei İranın bu yolla güc və prestij əldə etmək istədiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR