Bank Of Baku

İran milli komandasının futbolçuları Mirhüseyn Musəviyə dəstək veriblər - FOTOSESSİYA

İran milli komandasının futbolçuları Mirhüseyn Musəviyə dəstək veriblər - <font color=red>FOTOSESSİYA </font>
# 18 iyun 2009 07:35 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Seulda keçirilən matçda kapitan Mehdi Mahdavikia və komandanın liderlərindən olan Əli Kərimi də daxil olmaqla, yığmanın start heyətindəki 11 oyunçudan 6-sı (bəzi xəbərlərə əsasən 8-i) matçın ilk yarısında qollarında yaşıl sarğı ilə oynayaraq M. Musəvinin təbliğatını aparıblar. İran televiziyası ilə canlı yayımlanan matçın ilk yarısından sonra İran Futbol Federasiyası futbolçulara sərt xəbərdarlıq edib və sarğıların çıxarılmasını istəyib. Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasında oynayan M. Mahdavikia istisna olmaqla, digər oyunçular ikinci yarıya sarğısız çıxıb. 1:1 bərabərliklə bitən matç sırasında tribunadakı iranlılar “Cəhənnəmə get, diktator!” sözləri yazılmış plakat qaldırıblar. Əllərində “Azad İran” sözləri yazılmış İran bayraqları tutan şəxslər “səslərimiz hara getdi”, deyə qışqırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR