Bank Of Baku

Səudiyyə Ərəbistanı ölüm hökmünə məhkum olunmuşların orqan donorluğuna icazə verib

Səudiyyə Ərəbistanı ölüm hökmünə məhkum olunmuşların orqan donorluğuna icazə verib
# 18 iyun 2009 09:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Səudiyyə Ərəbistanı ölüm hökmünə məhkum olunmuşların orqan donorluğuna icazə verib. APA-nın “Ər-Riyad” qəzetinə istinadən məlumatına görə, Krallığın Ədliyyə Nazirliyinin məsləhətçisi şeyx Abdel Muhsin əl-Abeykan deyib ki, ölüm hökmünə məhkum olunmuş şəxslər şəriət məhkəməsinin qərarı ilə öz orqanlarının donoru ola bilərlər. O, insan həyatını xilas etmək naminə donorluğun tərəfdarı olduğu bəyan edib və deyib ki, orqan donorluğu tərifə və mükafatlandırmaya layiq bir addımdır. Şeyx həmçinin klinik ölüm vəziyyətində olan şəxslərin qohumlarını donora ehtiyacı olan insanlar naminə öz yaxınlarının orqanlarını qurban verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR