Bank Of Baku

İran müxalifəti seçkilərin nəticələrinin saxtalaşdırıldığını təsdiqləyən sənədlər əldə edib

İran müxalifəti seçkilərin nəticələrinin saxtalaşdırıldığını təsdiqləyən sənədlər əldə edib
# 18 iyun 2009 11:55 (UTC +04:00)
Tehran-APA. Müxalifət tərəfdarları Tehran küçələrində daxili işlər naziri Sadiq Mahsulinin İranın ali dini lideri Əli Xamneyiyə yazdığı iddia olunan məktubun çoxaldılmış surətini paylayırlar. APA-nın məlumatına görə, qeyd olunan məktubda daxili işlər naziri bildirir ki, prezident seçkilərində müxalifətçi Mir Hüseyn Musəvi digər namizədlərdən çox səs toplayıb. Seçkilərə məsul olan qurumun rəhbəri məktubunda həmçinin qeyd edib ki, “nəticələr Əli Xamneyinin xahişi əsasında saxtalaşdırılıb, buna baxmayaraq İran vətəndaşlarının gerçəkdə kimə səs verdiyini ali dini liderə çatdırmaq niyyətindədir”. Daxili işlər nazirinə məxsus olduğu iddia edilən məktubdakı rəqəmlərə görə, seçkilərdə Mir Hüseyn Musəvi 19 milyon, Mehdi Karrubi – 13,4 milyon, Mahmud Əhmədinejad isə 5,7 milyon səs toplayıb. Rəsmi versiyaya əsasən isə, Əhmədinejad 24,5 milyon, Musəvi 13,2 milyon, Karrubi isə 333,600 səs qazanıb. Yerli müşahidəçilər məktubun saxta olması ehtimalının böyük olduğunu qeyd edirlər. Qeyd edək ki, İrandakı müxalif qüvvələr seçkilərin nəticələrini tanımaqdan imtina ediblər. Tehranda keçirilən aksiyalarda ən azı yeddi nəfər ölüb, İran Konstitusiyanı Müdafiə Şurası səslərin yenidən hesablanması barədə qərar çıxarıb. Bu gün İranda aksiyalar zamanı həlak olan şəxslərin xatirəsini anım mərasimləri keçirilib. Analoji aksiyalar başqa ölkələrdə də keçirilir. Vaşinqtonda əslən İrandan olan şəxslər İran səfirliyindən Rusiya səfirliyinin qarşısına kimi yürüş ediblər. Onlar bu aksiya ilə Şanxay Əməkdaşlıq Təşkilatının Rusiyada keçirilən toplantısına qatılan Mahmud Əhmədinejadın mehribanlıqla qarşılanmasına etiraz ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR