Bank Of Baku

Əli Xamneyi Mirhüseyn Musəvini ya islam rejimini dəstəkləməyə, ya da ölkəni tərk etməyə çağırıb

Əli Xamneyi Mirhüseyn Musəvini ya islam rejimini dəstəkləməyə, ya da ölkəni tərk etməyə çağırıb
# 19 iyun 2009 08:30 (UTC +04:00)
APA-nın Böyük Britaniyada nəşr olunan “Times” qəzetinə istinadən verdiyi məlumata görə, Ə. Xamneyi bəyan edib ki, M. Musəvi ya mövcud İran rejimini dəstəkləməli, ya da ölkəni tərk etməlidir. İran dövlətinin başçısı sabiq baş naziri bugünkü cümə xütbəsində onunla yanaşı dayanaraq xalqı milli birliyə çağırmağa dəvət edib.

Xatırladaq ki, M. Musəvi iyunun 12-də keçirilən seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək yeni seçki tələb edir. Onu da əlavə edək ki, 67 yaşlı M. Musəvi liberallaşmanın tərəfdar olsa da, heç vaxt İrandakı teokratik sistemlə münaqişəyə girməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR