Bank Of Baku

Tehranda keçirilmiş etiraz aksiyası zamanı polislə qarşıdurmada iştirak etmiş 457 nəfər həbs olunub

Tehranda keçirilmiş etiraz aksiyası zamanı polislə qarşıdurmada iştirak etmiş 457 nəfər həbs olunub
# 22 iyun 2009 07:30 (UTC +04:00)
APA-nın məlumatına görə, İran dövlət radiosu xəbər veribki, iyunun 20-də prezidentliyə islahatçı namizəd Mirhüseyn Musəvinin tərəfdarlarının Tehranın mərkəzində keçirdiyi etiraz aksiyası zamanı polislə toqquşma baş verib. Polis nümayişçilərin dağıdılması üçün su şırnaqlarından, gözyaşardıcı qazdan istifadə edib.

Toqquşma zamanı onlarla şəxs xəsarət alıb, xeyli sayda ölənin olduğu bildirilir. Hüquq-mühafizə orqanları isə 40-dək polisin xəsarət aldığını, dövlət strukturlarının yerləşdiyi 34 binaya ziyan dəydiyini açıqlayıb.

Qeyd edək ki, müxalifətin etiraz aksiyaları iyunun 12-də keçirilmiş prezident seçkilərinin nəticələri elan olunduqdan sonra başlayıb. İslahatçı namizəd Mirhüseyn Musəvi seçkilərdə qalib gəldiyini, lakin nəticələrin saxtalaşdırılaraq, hazırkı prezident Mahmud Əhmədinejadın qalib elan olunduğunu bildirərək, tərəfdarlarını səslərinin oğurlanması ilə razılaşmamağa çağırıb. Keçirilmiş etiraz aksiyaları zamanı polis bir neçə dəfə silah tətbiq edib, nəticədə onlarla insan həlak olub. İranın ali dini rəhbəri Əli Xamneyi başda olmaqla, ölkə rəhbərliyi M. Musəvini aksiyaları dayandırmağa çağırsa da, müxalifət lideri bu çağırışları qəbul etməyərək, sonadək mübarizə aparacağını, lazım gəlsə, bu yolda öləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR