Bank Of Baku

İran BBC-nin müxbirini qovub, “Newsweek”in müxbirini isə həbs edib

İran BBC-nin müxbirini qovub, “Newsweek”in müxbirini isə həbs edib
# 22 iyun 2009 08:31 (UTC +04:00)
Bakı – APA. İran hökuməti BBC-nin müxbiri Con Leynedən 24 saat ərzində ölkədən çıxmasını tələb edib. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, C. Leyne iğtişaşların təşkilində ittiham olunur. İran XİN-in nümayəndəsi Həsən Qaşqavi bildirib ki, BBC, “Amerikanın səsi” və digər Qərb media orqanları öz ölkələrinin siyasətinin aləti rolunu oynayır: “Bu media vasitələrinin iki məqsədi var – etnik qruplar arasında fikir ayrılıqlarını qızışdırmaq və İranın parçalanmasına rəvac vermək”.

Böyük Britaniyanın xarici işlər naziri Devid Millibend isə İrandakı qarışıqlığın xarici dövlətlər tərəfindən qızışdırıldığına dair ittihamları rədd edib. O, həmkarı Mənuçöhr Mottakinin seçkilərin nəticələrinə dair daxili mübahisələri digər dövlətlərlə qarşıdurmaya çevirmək cəhdinin əsassız olduğunu vurğulayıb. Xatırladaq ki, M. Mottaki Böyük Britaniyanın son 2 il ərzində İrana qarşı qəsd hazırladığını bildirib. Onun sözlərinə görə, seçkilərdən əvvəl ölkəyə Britaniya kəşfiyyatı ilə əlaqəli olan xeyli adam gəlib.

Bu arada İranda ABŞ-ın nüfuzlu “Newsweek” jurnalının əməkdaşı, Kanada vətəndaşı Maziyar Bahari həbs edilib. O, son 10 ildə İranda yaşayıb. “Newsweek”in redaksiyası jurnalistin həbsini qətiyyətlə pisləyərək onun dərhal sərbəst buraxılmasını tələb edib.

“Associated Press” agentliyinin məlumatına əsasən iyunun 14-dən bəri İranda azı 23 yerli jurnalist və bloger həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR