Bank Of Baku

İran dövlət radiosu ölkədə stabilliyin bərqərar olduğu barədə məlumat yayıb

İran dövlət radiosu ölkədə stabilliyin bərqərar olduğu barədə məlumat yayıb
# 22 iyun 2009 11:31 (UTC +04:00)
Tehran-APA. İran dövlət radiosu ölkədə iğtişaşların başa çatdığı barədə məlumat yayıb. APA-nın məlumatına görə, radionun xəbər bülletenində bildirilir ki, 12 iyundan etibarən ilk dəfə Tehranda gün çox sakit keçib. Lakin islahatçıların prezidentliyə namizədi Mir Hüseyn Musəvinin tərəfdarlarının çoxluq təşkil etdiyi İran paytaxtının şimalında bütün gecə atışma səsləri gəlib, havada vertolyotlar patrul nəzarəti həyata keçiriblər. İranın dini lideri Əli Xamneyinin əhalini sabitliyə dəvət etməsinə baxmayaraq, şənbə günü Tehran küçələrində aksiyalar keçirilib. Şəhərin müxtəlif yerlərində nümayişçilərlə polis arasında baş verən toqquşmalarda müxtəlif məlumatlara görə, 10-13 nəfər həlak olub, 450 nəfər həbs edilib. Bəzi məlumatlara görə, həbs olunanlar arasında Mir Hüseyn Musəvinin qızı da var. Musəvi şənbə günü baş verən iğtişaşlara görə hökumətin məsuliyyət daşıdığını deyib, eyni zamanda tərəfdaşlarını loyallıq nümayiş etdirməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR