Bank Of Baku

Tehranda etiraz aksiyaları bərpa olunub

Tehranda etiraz aksiyaları bərpa olunub
# 22 iyun 2009 16:36 (UTC +04:00)
Polis mitinqçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb. İtaliyanın İrandakı səfirliyi isə gözlənilməz açıqlama ilə çıxış edib. Səfirlik yaralı nümayişçiləri qəbul etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, iyunun 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejatın 60%-dən çox səs alaraq qələbə qazandığı açıqlandıqdan sonra islahatçıların namizədi Mirhüseyn Musəvinin tərəfdarları kütləvi etiraz aksiyalarına başlayıblar. Aksiyalar iğtişaşa çevrilib və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mitinqçilər arasında baş verən toqquşmalarda onlarla adam həlak olub. Bəzi mənbələr təxminən 150 nəfərin öldüyünü xəbər verir. M. Musəvi yeni seçki tələbindən vaz keçməyəcəyini, bu yolda hətta şəhidliyə də hazır olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR